Yarımçıq dayandırılan basketbol üzrə Türkiyə çempionatı başa çatdırılmayacaq.

Pandemiyaya görə mövsümü davam etdirməyin mümkün olmadığını fikirləşən yerli basketbol federasiyası çempionatın qalibini də müəyyənləşdirməyəcək. Bununla yanaşı, son pillələri tutan komandalar da liqanı tərk etməyəcək. Qeyd edək ki, mövsüm dayandırılana qədər 21 qələbə qazanan “Anadolu Efes” yarış cədvəlinə başçılıq edirdi. “Karşıyaka” ikinci, “Qalatasaray” isə 3-cü pillədə qərarlaşmışdı.

Maraqlıdır ki, Türkiyə çempionatı pandemiya elan ediləndən sonra Avropada ən gec dayandırılan turnir kimi diqqət mərkəzinə düşmüşdü.