MBA-da mövsüm bərpa olunsa, Kevin Dürant meydana çıxmayacaq.
ESPN-telekanalının verdiyi xəbərdə deyilir ki, “Bruklin”in forvardı zədəsini sağaltsa da, forma geyinmək istəmir. 31 yaşlı basketbolçunun belə bir qərarının səbəbini anlamaq asandır. Belə ki, ağır zədədən sonra Dürant risk etmək fikrində deyil. Bununla yanaşı, pandemiya dövründə Kevin koronavirusa yoluxduğundan yenidən xəstələnməkdən ehtiyatlanır.
Xatırladaq ki, Dürant “Bruklin”ə qədər “Oklahoma Siti” və “Qolden Steyt”də çıxış edib. O, kaliforniyalıların heyətində 2017 və 2018-ci illərdə MBA çempionu olub.