Böhranla əlaqədar Formula 1 komandalarında ciddi ixtisarlar gözləninlir.
İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin məlumatına əsasən, “Mersedes”, “Red Bull” və “Ferrari” kimi top komandaların 100-ə qədər əməkdaşı işini itirəcək. Bu baxımdan “Ferrari”də daha çox ixtisar olacaq.
Xatırladaq ki, növbəti mövsümdən komandaların xərc limitinin 145 milyon dollara qədər endiriləcəyi ehtimal edilir. Bu da komandalar daxilində ixtisarları zərurətə çevirir.