Vaxt ötdükcə MBA-da mövsümün bərpasına inam azalır. Məsələ ondadır ki, çempionat hətta davam etdirilsə onun hansı formatda keçiriləcəyi bilinmir. Üstəlik məkanla bağlı problemlər də var. Mövsümü bərpa etmək üçün isə müəyyən ixtisarlara əl atmaq zərurətə çevrilir.
Amerika mətbuatının yazdığına görə, MBA rəhbərliyi mövsümü bərpa etmək üçün müəyyən ssenarilər fikirləşir. Deyilənə görə, artıq liqa rəhbərliyi müntəzəm çempionatı ləğv etmək istəyir. Yəni komandalar turnirə birbaşa pley-off mərhələsindən başlaya bilər. Bunun da öz səbəbləri var. Belə ki, hazırda çempionatı bir şəhərdə keçirmək istəyən MBA funksionerləri 30 komandanı eyni məkana toplamağa çətinlik çəkir. Belə olduqda isə ən yaxşı halda turnir cədvəlindəki mövqelərə əsasən hər konfransda ilk 8 yeri tutan komandalarla mövsümü pley-off mərhələsindən davam etdirmək mümkündür. Bu baxımdan Şərq konfransında pley-offa vəsiqə qazananları müəyyənləşdirmək çətin olmayacaq. Çünki, burada artıq bir neçə komanda pley-offa vəsiqəni təmin edib. Qərb konfransında isə bir qədər qarışıq vəziyyət yaranıb.Hazırda burada 8-ci yerəən azı 5 komanda iddialıdır.
Xatırladaq ki, MBA-da çempionat martın 11-dən dayandırılıb. Hələlik ayrı-ayrı konfranslarda irəlidə gedən Miluoki, Toronto və Boston, eləcə də, Los Anceles, Denver və Yuta basketbolçularının pley-offa düşəcəklərini gözləmək olar.