A seriyasında çıxış edən futbolçular öz klublarında tibbi müayinədən keçirlər. Artıq paytaxtın “Roma” və “Latsio” komandalarının oyunçuları fərdi qaydada hazırlığa başlayıblar.“Milan”, “Sampdoriya” və “Fiorentina”nın üzvlərində isə virusun əlamətlərinin aşkarlanması İtaliya futbolunda böyük təlaş yaradıb.
İtaliya çempionatının bərpasına hazırlıq gedir. “Roma” və “Latsio” klublarında bu proses artıq başlanıb. Futbolçular bir-bir tibbi müayindən keçərək sosial məsafəni gözləməklə fərdi qaydada məşqlərə çıxıblar. Bu zaman onların hər birinə ayrı-ayrı su qabları təqdim edilib, şəxsi əşyaları isə fərdi şəkildə saxlanılıb. Paytaxt komandalarının məşqlərə başladığı bir vaxtda digər klublardan alınan xəbərlər azarkeşləri məyus edib.Belə ki, “Sampdroiya”, “Torino”, “Milan” və “Fiorentina”nın üzvlərindən götürülən testlər müsbət nəticəl verib. Samdoriyada virusa yoluxma hallarının 3-ü yeni, 1-i isə təkrardır. Klubun rəsmi bəyanatında komandanın bütün üzvlərinin karantində olduğu, eləcə də, vəziyyətə nəzarət edildiyi bildirilir. “Fiorentina”da 6 nəfərin testi pozitiv çıxıb. Bunların da üçünün futbolçu olduğu deyilir. “Milan”da klubunun 3 üzvündə yeni yoluxma haqda xəbər yayılsa da, məlumat hələ ki rəsmən təsdiqlənməyib.