Dünyanın 1 nömrəli raketka ustası Novak Cokoviç İspaniyada gündəm mövzüsudur. Serbiyalı tennisçinin Marbelya şəhərinin tennis klubunda məşqlərə başlaması müzakirələrə və narazılığa səbəb olub.

Hazırda ATP reytinq cədvəlində lider olan Novak Cokoviç pandemiya dövrünü İspaniyada keçirir. Serbiyalı raketka ustası ölkənin turizm bölgələrindən biri - Marbelya şəhərində qalır. O, yerli klubların birində məşq edərək görüntülərini sonradan sosial şəbəkələrdə paylaşıb.Tennisçinin bu hərəkəti pandemiyadan daha çox ziyan çəkən ölkələrdən olan İspaniyada heç də bir mənalı qarşılanmayıb. Onun karantin qaydalarını pozması müzakirə edilib və sərt şəkildə tənqid olunub. Qeyd edək ki, ispaniyada bütün idman qurğuları və məşq bazaları ən azı gələn həftəyə kimi bağlı qalmalıdır.Ölkədə mart ayından karantin rejimi tətbiq olunur.Əhali arasında çılğın müzakirələrdən sonra Marbelya şəhərinin tennis klubu İspaniya ictiamaiyyətindən üzr istəyib.