MBA kimi MXL də qeyri-müəyyənlik içindədir. Burda da oyunların məkanı ilə bağlı müzakirələr davam edir. Sorğular da ki, öz yerində.
Mövsüm hansı şəhərdə bərpa olunsun? - hazırda MXL rəhbərliyinin müzakirə etdiyi başlıca məqamlardan biri budur. TSN telekanalının məlumatına görə, Kanadanın Edmonton və Vankuver şəhərləri öz arenalarını xokkeyçilərin üzünə açmağa hazırdır. Qeyd edək ki, bu məsələ ilə bağlı təşəbbüs göstərən yalnız “Oylers” və “Kenaks” komandaları deyil. MXL-də 14-dək klubun rəhbərliyi turnirin müəyyən oyunlarını qəbul etməkdə maraqlıdır. Məsələ ondadır ki, MBA-dən fərqli olaraq MXL-də oyunları təkcə bir şəhərdə keçirmək məsələsi müzakirə olunmur. Liqa rəhbərliyi hər divizionun yarışını ayrı-ayrı yerlərdə keçirməyi planlaşdırır.Bununla bağlı bir neçə gün əvvəl MXL-in komissarı Qari Bettmen müntəzəm çempionatı yalnız bir şəhərdə davam etdirməyi planlaşdırdıqlarını bildirmişdi.
Yeri gəlmişkən qeyd edək ki, Şimali Amerikanın nüfuzlu “The Athletic” nəşri 22 klubun 57 xokkeyçisi arasında mövsümün bərpası ilə bağlı sorğu keçirib. Rəyi soruşulanların 63,2 faizi mövsümü qaldığı yerdən davam etdirmək istədiyini bildirib. Xokkeyçilərdən 24,6 faizi birbaşa pley-off yarışlarına keçməyi məqsədəuyğun sayıb. 12,4 faiz isə mövsümü davam etdirməyin əleyhinə çıxıb.