Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Birləşmiş Ərəb Əmirlikləri çempionatının ən dəyərli futbolçuları sırasındadır.
Bu ilin əvvəlində "Astana"dan "Baniyas"a keçən Almeydanın transfer qiyməti 1,6 milyon avro dəyərində göstərilir. Milliləşdirilmiş braziliyalı bu baxımdan 3-cü yeri bölüşdürür. Eyni qiymətdə göstərilən digər futbolçu İspaniya millisinin sabiq hücumçusu, Avropa çempionu Alvaro Neqredodur. Çempionatın ən qiymətli oyunçusu isə "Əl-Ain"də çıxış edən qazaxıstanlı yarımmüdafiəçi Baurjan İslamxandır. Hazırda onun transfer qiyməti 2,4 milyon avroya bərabərdir.