Almaniya çempionatının əsas və ikinci liqalarında koronvirusa yoluxanların sayı müəyyənləşib.

Ölkənin futbol federasiyası 1724 nəfərdən götürülən testlərin nəticələrini açıqlayıb. Qurumun rəsmi saytının məlumatına görə analizlərdən sonra cəmi 10 yoluxma faktı müəyyən edilib. Qalan 1714 nəfərin testinin nəticəsi mənfi olub. Analizlər təkcə futbolçulardan deyil, həmçinin komandaların digər nümayəndələrindən də götürülüb. Bu aksiyanın davam etdiriləcəyi və bu həftə yoxlamanın ikinci mərhələsinin olacağı bildirilib. Növbəti nəticələr isə mayın ortalarında açıqlanacaq. Yeni yoluxma halları olmasa, futbolçular qrup şəklində məşqlərə başlaya biləcək. Bundan sonra da  futbolçular həftədə iki dəfə testdən keçməli olacaqlar.

Bu yolla bundesliqanın rəhbərliyi  çempionatın bərpasını mayın 15-nə planlaşdırır.