Beynəlxalq Xokkey Federasiyasının prezidenti Rene Fazel mövsümün bərpasından danışıb. Qurumun başçısı indiki məqamda insanları səbrli olmağa səsləyib. O, bəşəriyyətin koronavirus üzərində qələbə qazanacağını söyləyib. Fazelin proqnozuna görə, artıq payız fəslindən xokkey yarışlarını keçirmək mümkün olacaq. Federasiya rəhbərinin payız deməsinə baxmayaraq, MXL mövsümü yay fəslində bərpa etməyi planlaşdıır. Milli komandalar səviyyəsində oyunlar isə böyük ehtimalla, sentyabrdan tez başlanmayacaq. Xatırladaq ki, bu ay İsveçrədə keçiriləsi dünya çempionatı da pandedimiyaya görə ləğv olunub.