ATP reytinqinin sabiq lideri, Barselona olimpiadasının çempionu   Boris Bekker tennisçilərin açıq şəkildə məşqə başlamalı olduğunu söyləyib.

O, raketka ustalarının  evdə oturmaqdan bezdiyini deyib. Bekkerin fikrincə, tennisçilər üçün karantin qaydaları yumşaldılmalıdır. Xatırladaq ki, ATP və WTA-nın reytinq turnriləri avqustun əvvəlinə qədər bərpa olunmayacaq. Amma hazırda Bekkerin vətənində ilk “100”-lükdən aşağıda qərarlaşan kişi tennisçilər arasında turnir keçirilir.