UEFA Çempionlar Liqasının indiki mövsümü  bərpa olunsa, “Pari Sen-Jermen” oyunlarını öz meydanda deyil,  xarici ölkədə keçirə bilər. 

Bu barədə  klubun  sahibi Nasser əl-Helaifi mətbuata açıqlama verib: "Əgər Fransada oynamaq mümkün deyilsə, oyunçularımızın və bütün heyətimizin sağlamlığı üçün başqa bir ölkədə, məsələn, Qətərdə  təhlükəsiz şəraitdə çıxış edə bilərik". Xatırladaq ki, Paris futbolçuları  Çempionlar Liqasının 1/8 finalında Dortmund “Borussiya”sına qalib gələrək növbəti mərhələyə adlayıb. UEFA turnirin  bərpasını  və 1/4finalı avqustda keçirməyi  planlaşdırır.Lakin, görünür, Parisdə oynamaq mümkün olmayacaq. Çünki  aprelin 28-də Fransanın baş naziri Eduar Filip pandemiyaya görə ölkədə kütləvi idman tədbirlərinin  sentyabrın 1-dək  keçirilməyəcəyini deyib. Hökumərin bu qərarından sonra  Fransa Futbol Federasiyası hətta milli çempionatın ləğv olunduğunu bildirib.