“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi la liqada mövsümün bərpasını səbirsizliklə gözlədiklərini bildirib.
“Marca” nəşrinə açıqlama verən 53 yaşlı mütəxəssis bunları söyləyib: “Futbolçular mövsümün intizarındadırlar. Yenidən oyunların həyəcanını yaşamaq istəyirik, amma vəziyyətin necə olacağını bilmirik. Sözsüz ki, indiki şəraitdə ilk növbədə İspaniya Səhiyyə Nazirliyi sağlamlığın təhlükəsizliyilə bağlı təminat verməlidir. Əgər 3 gündən bir oyuna çıxası olsaq hazırlıq üçün bizə 5 həftə vaxt verilməlidir”.