Lionel Messi Neymarın “Barselona”ya qayıtmasını arzulayır.
“Cadena Ser” radiosunun məlumatına görə, “Barsa”nın lideri israr edir ki, klub rəhbərliyi Lautaro Martinesi yox, Neymarı transfer etsin. Başqa sözlə, seçim etmək imkanı olsa, “İnter”ə yox, PSJ-yə təklif ünvanlansın. Maraqlıdır ki, bir neçə gün əvvəl İspaniya mətbuatı braziliyalının nisbətən az məvaciblə “Barselona”da oynamağa razı olduğunu yazmışdı.
Deyilənə görə, PSJ Neymara ilinə 52, “Barselona” isə 22 milyon avro maaş təklif edir.