UEFA koronavirus pandemiyasına görə ciddi problemlərlə üzləşən Avropa klublarına maliyyə yardımı edəcək. Bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.  Qərara əsasən, UEFA bayrağı altında yarışlarda  iştirak edən  55 milli asssosiasiyanın 676 klubuna ümumən 70 milyon avro ödəniləcək.

Qeyd edək ki, aprelin 23-də  keçirilən videomüşavirədə milli  çempionatların bərpası ilə bağlı məsələ də müzakirə olunub. Yekunda belə bir qərar qəbul olunub ki, hər bir ölkədə mövsümün bütün  yarışlarının başa çatdırılması, habelə digər məsələlərin həllilə bağlı planların tıərtib olunması üçün  yerli assosiasiyalara mayın 27-nə qədər vaxt verilsin. Məhz həmin gün UEFA-nın  İcraiyyə Komitəsi növbəti videokonfransını keçirəcək və   qitənin milli assosiasiyalarının təqdim edəcəkləri planları müzakirəyə çıxaracaq.