Luis Enrike İspaniya Kral Futbol Federasiyasından məvacibinin azaldılmasını xahiş edib.

Ölkənin nüfuzlu “AS” nəşrinin yazdığına görə millinin baş məşqçisi maaşının 25 faiz kəsilməsini istəyir. Qeyd edək ki, Luis Enrike ilinə 1,5 milyon avro əməkhaqqı alır. Federasiya onun xahişini yerinə yetirsə, 375 min dollar qənaət edəcək. 49 yaşlı mütəxəssis bu yolla çətin vəziyyətdə olan federasiyaya yardım göstərmək istəyir.

Xatırladaq ki, Enrike 2018-ci ildən İspaniya millisinin baş məşqçisidir. Amma o, ötən il qızının xəstələnərək vəfat etməsinə görə müəyyən müddət vəzifəsini tərk etmişdi.