Niderland höküməti sentyabrın 1-nə qədər ölkədə peşəkarlar arasında futbol turnirlərinin keçirilməsinə qadağa qoyub.

“Football Oranje” portalının məlumatına görə, buna qədər Niderlandın bir neçə şəhərinin rəhbərliyi də erediviziyanı dayandırmağı tələb etmişdi. Lakin burda bir məqamı nnəzərə almaq lazımdır ki, mövsümün sentyabrın 1-dən bərpası UEFA-ya sərf etmir. Bu isə o deməkdir ki, qitənin ali futbol qurumu gecikdiklərinə görə niderlandlıların yekun nəticələrini qəbul etməyə bilər.

Yaxın günlərdə bu ölkənin futbol federasiyası ilə UEFA rəsmiləri arasında məsələnin müzakirəsi gözlənilir.