UEFA milli assosiasiyaların nümayəndələri arasında videokonfrans təşkil edib.

Tədbirdə əsasən koronavirus pandemiyası ilə bağlı yarımçıq dayandırılan 2019/20 mövsümü müzakirə olunub.Nəticədə bir sıra məsələyə aydınlıq gətirilib. Belə ki, UEFA-nın tövsiyəsinə əsasən, may və iyunda bərpa olunacaq yarışlar iyulun 31-dək yekunlaşmalıdır. Avrokubokların qalan oyunlarının isə avqustda keçirilməsi planlaşdırılıb. Qitəmiqyaslı turnirlər məhz milli çempionatlara yekun vurulduqdan sonra bərpa olunacaq. Amma FİFA-nın narazılığına baxmayaraq, millilərin payızda keçirilməli olan matçları planlaşdırılan tarixdə oynanıla bilər.

Assosiasiyalarla növbəti videokonfransın mayda keçirilməsi qərara alınıb. Qeyd edək ki, aprelin 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclası olacaq.