Hər mövsümün sonunda MBA ulduzlarının bir neçəsi karyerasını bitirdiyini elan edir. Təbii ki, belə bir qərarın qəbuluna yaş amili daha çox təsir göstərir. İndiyədək bunlar normal şəraitdə baş verirdi.Amma bu il vəziyyət elə gətirib ki, karyerasını bitirməyə hazırlaşan basketbolçular öz qərarını açıqlaya bilmir. Bu baxımdan Vins Karter və Endryu Boqutu xüsusi fərqləndirməliyik...
Maykl Cordan, Kobi Brayant və Lebron Ceyms kimi MBA-da böyük nüfuz sahibi olmasa da, Vins Karter hər halda liqanın ən unikal basketbolçularından sayılır. Belə yüksək səviyyəli yarışda 22 il oyanamaq hər idmançıya nəsib olmur. Amma Vins bunu bacaran yeganə basketbol ulduzu da deyil. Karteri digərlərindən fərləqndirən bir özəllik var: indiyə qədər heç kim onun kimi ardıcıl 4 “onillik”də çıxış etməyib. Belə əzəmətli göstərici ilə karyerasını bitirməyə hazırlaşan bir basketbolçunun koronavirusa görə işini yarımçıq qoyub getməsi heç yerinə düşmür. Düzdür, Vins Karter bu mövsüm karyersını bitirəcəyini söyləsə də,konkret vəziyyət haqda hələ bir söz deməyib. Amma 3 il onunla eyni komandada oynayan “Dallas” əfsanəsi Dirk Novitski həmkarını yubanmamağa səsləyib. Onun fikrincə, 43 yaşlı basketbolçu qərarını açıqlamaq üçün sadə bir yığıncaq kifayətdir.
Karterdən fərqli 2005-ci ildən birinci sırada draft olunan Endryu Boqut mayda qərarını açıqlayacağını bildirib. Düzdür, 35 yaşlıavstraliyalı ötən mövsüm MBA ilə vidalaşaraq vətəninə qayıdıb. Amma Yaşıl qitədə də yarış keçirilmədiyindən normal vida mərasimi təşkil etmək olmur.Hər halda ümidini itirməyən Boqut deyir: “Artıq məşq də etmirəm. İndiki məqamda övladlarımı yatızdırmaqdan həzz alıram. Böyük ehtiamalla mayın ortalarında karyeramı bitirməklə bağlı yekun qərarı verəcəyəm”. Xatırladaq ki, Boqut 2015-ci ildə “Qolden Steyt”in heyətində MBA çempionu olub.