Pol Skoulz “Mançester Yunayted”də komanda yoldaşı olmuş Ruud van Nistelroyun bombardirlik keyfiyyətlərindən danışıb.

Onun sözlərinə görə, niderlandlı futbolçu Tyerri Anri ilə rəqabət aparırdı: “Van Nistelroy amansız bombardir idi. O, qol vurmaq üçün yaşayırdı. Qol vurduğu və ya vurmadığı hər oyundan sonra klubun avtobusunda ilk növbədə Anrinin fərqlənib-fərqlənməməsi ilə maraqlanırdı. Anri qol vururdusa, yol boyunca heç kimi danışdırmırdı. Çıxış etdiyi hər bir turnirin bombardiri olmaq istəyirdi. Mən Koul, York, Şeringem və Sulşerlə oynamışam, amma fikrimcə, Ruud onların arasında ən güclüsü idi. Son zərbəni endirməkdə mahir usta idi”.

Xatırladaq ki, Van Nisterloy “Mançester Yunayted”in heyətində 5 mövsümdə keçirdiyi 219 oyunda 150 qol vurub.