Formula 1 mövsümünün nə vaxt başlanacağı haqda yalnız ehtimallar səsləndirilir. Komandalar gözləmə mövqeyindədir, FİA və “Liberty Media” isə Ümümdünya Səhiyyə Təşkilatının bəyanatlarını izləyir. Belə bir şəraitdə pandemiya təşkilatçılar və komandalarla yanaşı azarkeşlərə də ağır təsir göstərir. Çünki yarış üçün vaxt tapılacaq, amma azarkeşlər kənarda qalacaq...

Vəziyyət həqiqətən də çox ciddidir. Böyük ehtimalla, Formula 1-in ilk Qran-prilərində tribunalarda azarkeş olmayacaq. Məsələ ondadır ki, ilk yarışlar indi koronavirusun tüğyan etdiyi Avropa avtodromlarında keçiriləcək. Bu barədə “Maklaren”in idman direktoru Zak Braun ətraflı danışıb: “Hələ ki, biz yalnız ehtimallar əsasında fikir yürüdə bilirik. İndiki vəziyyətə əsasən demək olar ki, mövsüməçox güman, Böyük Britaniya Qran-prisi ilə start veriləcək. Silverstoundakı avtodromun qapıları isə azarkeşlərin üzünə bağlı olacaq. Ümumiyyətlə, biz Avropa Qran-prilərinin hamısının azarkeşsiz keçiriləcəyini ehtimal edirik”. Bəli, Braunun dedikləri öz təsdiqini tapsa, o zaman bu sözlər Bakıda keçiriləcək yarışa da aid olacaq.
Amma “Maklaren”in icraçı direktorununsöylədiklərindən o da məlum olur ki, Avropadakı bəzi avtodromlarda bir neçə yarış ola bilər. Bu da o deməkdir ki, avtodromların bir qismində Qran-prilər keçirilməyəcək. Braunun sözlərinə görə, təkcə Silverstounda 2 yarış təşkil etmək mümkündür. Böyük Britanaiyada olduğu kimi, Avstriya avtodromu da bu kateqoriyaya aiddir...