“Liverpul” klubu “Leypsiq”in üzvü Timo Vernerdən əl çəkmək fikrində deyil.

“Bild” nəşrinin məlumatına əsasən, 24 yaşlı futbolçunu daha çox Yürgen Klopp öz sərəncamında görməyi arzulayır. Hətta deyilir ki, almaniyalı mütəxəssis bu məqsədlə Vernerlə şəxsən görüşmək fikrindədir. Sadəcə, karantin rejiminə görə onların görüşü indireal görünmür.

Timo özü isə gələcək karyerası haqda hələ qərar verməyib. Məsələ ondadır ki, “Leypsiq”in hücumçusunu “Bavariya” da gözaltı edib.