Pandemiya müddətində amerikalı idmançılar müstəqil şəkildə dopinq-testlərdən keçəcək.

Dopinq müfəttişləri onlayn videoqoşulma yolu ilə prosesi izləyəcək. Hazırda ABŞ Antidopinq Agentliyi idmançıları nəzarətdə saxlamaq üçün belə bir addım atmağa məcbur olub.İdmançıların antidopinq qaydalarına onlayn rejimdə riayət etməsi hazırda ən ideal variant kimi görünür. Çünki, dopinq müfəttişləri də karantin qaydalarına əməl etməlidir. Onların bu vəziyyətdə idmançıların mənzilinə getməsi isə məqsədəuyğun sayılmır.

Qeyd edək ki, artıq bu proqram Amerikada 10-dan çox idmançı üzərində sınanıb. Hətta mətbuat üzgüçülər Liliya Kinqlə Keti Ledekinın bu şəkildə dopinq testdən keçdiyini də müəyyənləşdirib. Prosedura əsasən kamera qarşısında dopinq testdən keçən idmançı onu müfəttişin gözü önündə qablaşdırmalı və laboratoriyaya göndərməlidir.