MXL rəhbərliyi xokkeyçilərin və klub işçilərinin karantin müddətini aprelin 30-na qədər artırıb.

Bu müddət ərzində liqa ilə hər hansı əlaqəsi olan insanlar öz evlərini tərk edə bilməz. Məsələ ondadır ki, hazırda MXL-də çıxış edən 8 xokkeyçidə koronavirus aşkarlanıb. Bu oyunçulafrdan 5-i “Ottava senators”, 3-ü isə “Kolorado Evelanş” klubunun üzvüdür. Qeyd etmək lazımdır ki, müalicədən sonra Ottava xokkeyçilərinin hamısının artıq sağalıb.

Xatırladaq ki, pandemiya elan ediləndən sonra ABŞ və Kanadanın digər peşəkar liqaları kimi, MXL də yarışı dayandırıb. Mövsümün nə vaxt bərpa ediləcəyini isə heç kim ehtimal edə bilmir.