Maks Mosli Formula 1-də mövsümün başlanmsının əleyhinədir.
FİA-nın sabiq prezidenti mətbuata açıqlamasında yarış rəhbərliyini riskə getməməyə çağırıb: “Oturub vəziyyətin düzələcəyini gözləməyin özü də riskdir. Heç kim bundan xeyir görməyəcək. Mövsümün iyulda başlanacağına qətiyyən təminat vermək olmaz. Əksinə, mövcud vəziyyətdə iyul ayı da risk altındadır. Qərarı indi qəbul etmək lazımdır. Bu məqamdan istifadə edib strukturu dəyişmək və gələcək yarışların təşkilati məsələlərində yeniliklər etmək lazımdır. Məhz bu yolla möhkəm maliyyə bazası formalaşdırmaq olar”.