Fənərbağça”nın müdafiəçisi Nando De Kolo Avroliqa rəhbərliyini tənqid edib.
Fransalı basketbolçu qurumda çalışanları mövsümü dayandırmağa çağırıb: “Mən görürəm ki, Avroliqa rəhbərliyi mövsümü davam etdirməkdə maraqlıdır. Məncə, bu çox anormal istəkdir. Yaxşı başa düşürəm ki, yarış baş tutmasa, maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Amma ilk növbədə oyunçuların sağlamlığı haqda fikirləşmək lazımdır. Heç nə insan həyatından önəmli ola bilməz”.