MXL-də mövsüm bərpa olunacağı halda, avropalı xokkeyçilərin meydana çıxmaqla bağlı problemləri ola bilər.

Bu barədə liqanın Xokkeyçilər Asssosasiyasının direktor müavini Mettyu Şnayder məlumat verib. Onun sözlərinə görə, Avropada karantində qalan xokkeyçilər Amerika və Kanadadakı kimi normal şəkildə məşq edə bilmir.Liqada məşqlər başlansa, avropalı xokkeyçilər təyyarə ilə Amerikaya gəlməkdə də müəyyən problemlərlə üzləşəcəklər. O, indiki vəziyyətdəməsələlərin həlli üçün müxtəlif variantlar haqda fikirləşdiklərini söyləyib.