İspanyalı tennisçi Pablo Korrenyo-Busta həmkarlarının hazırda maliyyə böhranı ilə üzləşdiyini söyləyib.
Onun sözlərinə görə, hətta bəzi raketka ustaları pandemiyanın yaratdığı böhran vəziyyətində valideyn hesabına yaşayır. İspaniyalı tennisçi bildirib ki, turnirlərin ləğv olunması onları gəlirlərdən məhrum edib. O, hətta kreditləri ödəməkdə, zalların icarə haqqını verməkdə, texniki personalı saxlamaqda çətinliklər yarandığını etiraf edib.
Pablo Korrenyo-Busta deyib ki, hazırda tennisçilərin heç də hamısı nəhəng malikanələrdə yaşamır.