Mixail Şumaxerin 1990-cı ildə Formula 3-də idarə etdiyi “Reynard 903” bolidi satışa çıxarılıb.

Qeyd edək ki, almaniyalı pilot 185 at gücü olan bu maşınla WTS komandasında çempion titulunu qazanıb.O vaxt Formula 3-də ikinci mövsümünü keçirən Şumaxer bu bolidlə 11 Qranprinin 5-də qalib gəlib.

Maraqlıdır ki, o, həmin il çempionluq uğrunda mübarizədə əsasən Mika Hakkinenlə rəqabət aparıb. Bolidin hansı qiymətə satılacağı isə hələ məlum deyil.