İspaniya Basketbol Liqası koronavirusla mübarizə üçün 143 min avro vəsait toplayıb.

Bu məqsədlə müxtəlif tədbirlər planı həyata keçirilir. Belə ki, bu günə qədər hərracda tennisçi Rafael Nadalın “Rolan Qarros” turnirinin finalında geyindiyi köynək, “Barselona”nın sabiq basketbolçusu Xuan Karlos Navarronun forması və Kobi Brayantın idman ayaqqabısı satılıb.

Xatırladaq ki, İspaniya dünyada pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Burada 160 mindən artıq insan koronavirusa yoluxub.Onların 16 mindən çoxu bu xəstəlikdən vəfat edib.