Anastasiya Pavlyuçenkova mövsümün qalan tennis yarışlarının sual atında olduğunu söyləyib.

Rusiyalı idmançı mətbuata açıqlamasında bədbin fikirlər söyləyib: “Mövsümün taleyi sual altındadır. Bu il yenidən korta çıxa biləcəyimizə şübhə ilə yanaşıram. Mən WTA-in Şurasının üzvüyəm, burada həmkarlarımla danışır, müxtəlif rəyləri öyrənirəm. Onlarla söhbətin yekun nəticəsi heç də müsbət deyil. İndiki q eyri-müəyyəmn vəziyyətdə heç kim konkret cavab verə bilmir”.

Xatırladaq ki, 2020-ci ildə WTA-in son yarışları martın əvvəlində keçirilib. Daha sonra mövsümün hələlik iyulun 13-dək saxlanılması qərara alınıb.