“Milan”ın baş məşqçisi Ettore Messina basketbol Avroliqasında mövsümün bərpa ediləcəyinə şübhə ilə yanaşdığını söyləyib.
İtaliyalı mütəxəssis pandemiyanın tüğyan etdiyi şəraitdə basketbol oynamağın mümkün olmadığını deyib. Onun sözlərinə görə, yalnız 2-3 aydan sonra basketbolçular yarıəş meydanlarına qayıda bilərlər. Amma onda da qitədə vəziyyətin yaxşı olacağına təminat vermək olmaz.
Messinanın fikrincə, Avroliqada mübarizə aparan 18 komanda Avropanın bir şəhərindən digərinə təyyarə ilə rahat-arxayın gedib gələ bilməyəcək.