“Tur de Frans” və “Ciro de İtaliya” çoxgünlük veloyürüşlərinin vaxtı dəyişdiriləcək.
Fransa və İtaliya mətbuatı yazır ki, artıq təşkilat komitələri yeni tarixi müəyyənləşdirməyə çalışır. Belə ki, italyanlar mayda keçiriləsi “Ciro de İtaliya”nı oktyabr ayında təşkil etmək istəyirlər.
Təqvimə əsasən iyunun 27-dən iyulun 19-dək keçirilməli olan “Tur de Frans”yarışının isə nə vaxta təxirə salınacağı hələ məlum deyil.