Ross Braun pandemiyanın yaratdığı vəziyyətin Formula 1 üçün ibrət dərsi olduğunu söyləyib.

Təşkilatın idman direktorunun sözlərinə görə, büdcələrə əl gəzdirməklə rəqaəbətədavamlı çempionat təşkil etmək olar. Braunun fikrincə, hazırda futboldakı rəqabət yüksək səviyyədədir. O, “Mançester Yunayted”in azakeşi olmayanların belə bu komandanın oyununu izlədiyini söyləyib. Amma “Formula 1” həvəskarları yalnız 3 komanda arasında rəqabəti izləməkdən artıq bezib. Braun belə bir vəziyyəti dəyişməli olduqlarını vurğulayıb.