Jan Todt Formula 1-dətamaşaçı problemi yaranacağından narahat olduğunu söyləyib.

FİA-nın prezidentinin fikrincə, pandemiyadan sonra mövsüm bərpa olunsa belə, yarış azarkeşləri səfərə qorxu altında çıxacaq: “Bizi idman həvəskarlarının marağı narahat edir. Koronavirusa qalib gələndən sonra insanlar avtodromlara gəlməyə hazır olacaqlarmı? Biz hər şeyə yenidən başlamağın yolllarını öyrənməliyik.Bununla belə yenə də ən mühüm şərt yarışların təhlükəsiz şəraitdə keçirilməsidir”.