MBA-da çıxış edən basketbolçuların məvacibi may ayından etibarən azaldıla bilər.

Amerika mətbuatının məlumatına görə artıq liqa rəhbərliyi ilə basketbolçuların həmklar ittifaqı arasında bu məsələ ilə bağlı danışıqlar gedir. Məsələ ondadır ki, ötən ay üçün nəzərdə tutulan maaş aprelin 15-də tam ödəniləcək. Halbuki, mart ayında oyunçular cəmi 11 gün meydanda olub. Amma onlara aprel ayı üçün heç bir güzəşt edilməyəcək.

Kollektiv müqaviləyə əsasən, fors major vəziyyətlərə və təxirə salınan hər oyuna görə basketbolçuların əməkhaqqından 1 faiz tutula bilır.