Rusiyalı xokkeyçi Yevgeni Malkin koronavirusa inanmayanları qınayıb.
“Pittsburq”un hücumçusu hazırda adada yaşadığını, hətta orada da virusa yoluxanların olduğun söyləyib: “Mənim yaşadığım yerlərdə mağazalar ərzağı evə sifariş əsasında çatdırırlar. Küçədə adamlar bir-birindən aralı gəzir. Eşitdiyimə görə, Nyu-Yorkda vəziyyət daha acınacaqlıdır. Artıq meyidləri saxlamağa yer tapılmadığından onları Mərkəzi parka aparırlar. Belə xəbərlərə inanmayanları anlaya bilmirəm. Koronavirus dəhşətli faciədir”.