Basketbol üzrə İspaniya millisinin üzvləri Xaviyer Beyranla Marta Sarqay dünya və Avropa çempionatlarında qazandıqları qızıl medalları hərraca çıxarıb.
FİBA-nın rəsmi saytının məlumatına görə, hərracdan əldə edilən gəlir Qırmızı Xaç komitəsinin hesabına köçiriləcək. Basketbolçular pandemiya ilə mübarizə məqsədi ilə belə bir addım atmağı qərara alıb. Kişilərdənibarət İspaniya millisinin müdafiəçisi Beyran indiki ağır məqamda hamının həkimlərə borclu olduqlarını söyləyib. O, həmçinin koronavirusa yoluxanların sağalması üçün maddi yardımın ayrılmasının zəruriliyindən danışıb.