Qoran İvanişeviç mövsümün növbəti turnirlərinin keçirilməsinə şübhə ilə yanaşdığını söyləyib.
Xorvatiyalı sabiq tennisçi deyib: “Hər şey göz önündədir, danışmağa heç bir lüzum yoxdur. Bu mövsüm daha tennis izləyəcəyimizi düşünmürəm. Mənə elə gəlir ki, növbəti turnirgələn ilin əvvəlində “Austeralian Open” olacaq. Hətta bunun özü belə şübhə doğrur. Tennisçilər və turnir təşkilatçıları ciddi maliyyə böhranına düşəcəklər.Məcburi fasilədən sonra onların özünə gəlməsi üçün vaxta ehtiyac olacaq”.