Aprelin 18-də Toni Ferqyusonla Castin Qetji arasındakı döyüş şəxsi kiçik adaların birində keçiriləcək.
Bu barədə UFC prezidenti Deyna Vayt məlumat verib: “ 2-3 gündən sonra hər hansı şəxsi bir ada bizim ixtiyarımıza veriləcək. Artıq sifarişimiz qəbul olunub. Hazırda oradakı infrastruktur problemini həll etməklə məşğuluq. İndiki məqamda digər ölkələrin vətəndaşların Amerikaya gəlişi mümkün olmadığından döyüşü məcburən adada keçirməyi qərara aldıq. Aprelin 18-i hər şey qaydasında olacaq”.
Xatırladaq ki, Həbib Nurməhəmmədovun Ferqyusonla döyüşdən imtina etməsindən sonra UFC bu tədbiri ləğv etmək əvəzinə Castin Qetjini oktaqonda Ferqyusonun qarşısına çıxmağa razı salıb.