FİBA gələn ilki Avropa çempionatını təxirə salmaq niyyətindədir.

Buna isə Tokio olimpiadasının 2021-ci ilə keçirilməsi səbəb olub. Belə ki, eyni mövsümdə 2 böyük turniri keçirmək mümkün olmadığından FİBA qitə birinciliyini təxirə salmağa məcburdur. Xatırladaq ki, Tokio olimpiadası gələn il iyulun 23-ündən avqustun 8-dək keçiriləcək. Basketbolçuların Avropa çempionatı isə sentyabrın 2-dən 19-una qədər Almaniya, Gürcüstan, İtaliya və Çexiyada olmalı idi.

Artıq FİBA məsələ ilə bağlı bəyanat yayaraq təşkilatçı ölkələrlə danışıqlar aparacağını bildirib.