Tayson Fyuri ilə Deontey Vaylder 3-cü görüşlə bağlı razılığa gəliblər.

Bu barədə nüfuzlu “The Atletic” portalı məlumat yayıb. Xatırladaq ki, tərəflər arasında 2018-ci ilin dekabrında keçirilən ilk döyüşdə qalib müəyyənləşməmişdi. Bu il fevralın 22-də ikinci görüşdə isə Fyuri rəqibini nokautla məğlub edərək WBC kəmərinə yiyələnmişdi. Mənbənin məlumatına görə, britaniyalı və amerikalı boksçular arasında 3-cü qarşıdurma bu il oktyabrın 3-nə təyin olunub.Yarışın qonorarının 60 faizi Fyuriyə, 40 faizi isə Vaylderə çatacaq. Görüşün yeri isə hələ bəlli deyil.