ATP və WTA iyunun 7-nə qədər heç bir turnir təşkil etməyəcəyini açıqlayıb.
Həmin tarixə qədər nəzərdə tutulan bütün turnirlər ləğv olunub. Bu müddət ərzində ancaq torpaq kortlarda olan turnirlər keçirilməli idi. Beləliklə, bu il tennis həvəskarları koronavirusa görə Roma, Madrid, Rabat, Münhen, Eştoril, Cenevrə və Lion turnirlərini izləyə bilməyəcək.
“Rolan Qarros” isə sentyabrın 20-də başlanacaq.