Aleksandr Qrişşuk dünya şahmat tacına iddiaçıların turnirinin təxirə salınacağını istisna etməyib.
Rusiya mətbuatına açıqlama verən məşhur qrossmeyster özünü yaxşı hiss etdiyini, turnirdə qalib gəlmək üçün mübarizəyə hazır olduğunu söyləsə də, yarışın baş tutmaq ehtimalının 50 faiz olduğunu bildirib. Qrişşukun sözlərinə görə, koronavirusla bağlı hər bir xəbər şahmatçıların əhval-ruhiyyəsinə mənfi təsir göstərir.
Rusiyalı qrossmeyster deyib ki, iddiaçıların turnirində iştirak edən şahmatçılar da infeksiyadan tam sığortalanmayıblar. Onlardan hər hansı biri ictimai nəqliyyatdan istifadə etməklə xəstəliyə yoluxa bilər.