ATP 6 həftə ərzində heç bir yarış keçirməyəcəyini elan edib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Beləliklə, qarşıdakı ayyarımda keçiriləsi Hyuston, Budapeşt, Mərakeş, Barselona və Monte-Karlo turnirləri ləğv edilib. Bu, Çellenc yarışlarına da aiddir. Qeyd edək ki, ATP-nin müvafiq qərarına qədər Mayamidə Masters seriyalı turnir də ləğv olunmuşdu. Amma həmin yarışın keçirlməsinə ATP yox, Mayami şəhər meriyası icazə verməmişdi.
Xatırladaq ki, bundan əvvəl İndian-Vellsdəki mötəbər turnirin keçirlməyəcəyi ilə də bağlı qərar çıxarılmışdı.