UEFA 2020-ci il Avropa çempionatını təxirə salmaq niyyətindədir.

Məsələ ilə bağlı qəti qərar martın 17-də elan ediləcək. Bununla yanaşı, qitənin bütün milli çempionatlarının və avrokubokların da dayandırılması ilə bağlı qərarın qəbul edəilcəyi gözlənilir.

Təşkilat Avropanın 55 futbol federasiyasının rəhbərlərinin iştirakilə videokonfrans keçirəcək. Bütün rəylər müzakirə edildikdən sonra yekun qərar veriləcək.