PSJ-nin hücumçusu Kilian Mbappenin “Borussiya” ilə cavab oyununda meydana çıxıb-çıxmayacağı məlum deyil.
Çünki fransalı hücumçu naməlum mənşəli qripə yoluxub. Artıq klubda bunun koronavirus olması ilə bağlı narahatlıq yaranıb. “Ekip” nəşri yazır ki, Kilian indi həkim nəzarəti altındadır. PSJ-nin baş məşqçisi Tomas Tuxel isə boğazında ağrılar hiss edən Mbappenin anginadan əziyyət çəkə biləcəyini istisna etməyib.
Amma dünən Mbappenin koronavirusa yoluxmadığı məlum olub.