Afinada Tokio olimpiadasının alovunun yandırılma mərasimi koronavirus təhlükəsinə görə tamaşaçılar olmadan keçiriləcək.
Bu barədə Yunanıstan Milli Olimpiya Komitəsi məlumat yayıb. Ölkə höküməti riski mümkün qədər minimuma endirmək üçün belə qərar qəbul etməyə məcbur olub. Tədbirdə yalnız Beynəlxalq Olimpiya Komitəsi və Tokio olimpiadasının akkreditasiyadan keçən bəzi üzvləri iştirak edəcək.Mərasim martın 12-də Afinada təşkil olunacaq. Məşəl yaponiyalı təşkilatçılara bir həftə sonra təhvil veriləcək. Buna qədər isə o, bütün Yunanıstanda gəzdiriləcək.