Koronavius epidemiyasına görə MXL oyunlarının azarkeşsiz keçirilmə ehtimalı var.
Artıq liqa rəhbərliyi məsələ ilə əlaqədar klublara xəbərdarlıq edib. Amma yaxın günlərdə belə bir qərarın verilməsi hələ gözlənilmir. Birləşmiş Ştatlarda və Kanadada epidemiya kəskinləşəcəyi halda aprel ayında başlanan Stenli Kubokunun oyunları boş tribunalarda keçiriləcək.Görüşləri başqa şəhərlərdə keçirmək ehtimalı da gündəmdədir.
Xatırladaq ki, Kanadada artıq 50 nəfər virusa yoluxub. ABŞ-da vəziyyət isə daha ağırdır.