Həbib Nurməhəmmədov Konor Makqreqorla növbəti döyüşü mümkündür.
Bu barədə UFC versiyası üzrə orta çəkidə dünya çempionu olan idmançının meneceri Əli Əbdel-Əziz məlumat yayıb. Amma o, görüşün müəyyən şərtlər daxilində keçirilə biləcəyini söyləyib. Əbdel-Əzizin sözlərinə görə, Həbib Toni Ferqyusonu məğlub etdikdən dərhal sonra Makqreqorla qarşılaşmayacaq. Bu görüşün baş tutması üçün irlandiyalı əvvəlcə Castin Qetjini məğlub etməlidir. Xatırladaq ki, Nurməhəmmədov aprelin 18-də Toni Ferqyusonla qarşılaşacaq, Konorun isə Qetji ilə görüşmək ehtimalı böyükdür.